"Cənub Qaz Dəhlizi (SGC) Avropa üçün enerji resurslarının vacib tədarük mənbəyidir".
Bunu “Report”a eksklüziv müsahibəsində Rumıniyanın energetika naziri Vircil-Daniel Popesku bildirib.
“Bu ciddi enerji layihəsinin başlanmasından keçən 7 il ərzində SGC-nin birinci mərhələsi artıq bir ildən çoxdur tamamlanıb. Rumıniyanın lap əvvəldən dəstəklədiyi SGC, xüsusilə də mövcud enerji böhranları şəraitində Avropanın enerji təhlükəsizliyi üçün nə dərəcədə əhəmiyyətli olduğu getdikcə daha çox sübut edir”, - o deyib.
Onun sözlərinə görə, ötən il bütün ölkələrin enerji sektoru üçün ciddi sınaq ili oldu və SGC vasitəsilə nəql edilən Azərbaycan qazı regionun bir sıra ölkələri üçün sığorta rolunu oynadı: “İlk dəfə olaraq Azərbaycan qazının Avropaya birbaşa nəqli həyata keçirildi. Bu səylərin davamlı olması vacibdir, çünki Avropanın bir çox ölkələri bu uğurlu layihəyə qoşulmaq istəyir və bunda maraqlıdır. Bu isə gələcək inkişaf mərhələlərinin icrasına töhfəsini verə bilər”.
Rumıniyanın energetika naziri Vircil-Daniel Popeskunun geniş müsahibəsini buradan oxuya bilərsiniz.