Rusiya elektron platforma vasitəsilə Türkiyəyə qaz satmağa başlayıb

Rusiya elektron platforma vasitəsilə Türkiyəyə qaz satmağa başlayıb “Gazprom Export” elektron ticarət platforması vasitəsi ilə Türkiyəyə 700 min kubmetr həcmində qaz satışı üzrə ilk sazişi imzalayıb
Energetika
16 Noyabr , 2020 17:13
Rusiya elektron platforma vasitəsilə Türkiyəyə qaz satmağa başlayıb

“Gazprom Export” elektron ticarət platforması vasitəsi ilə Türkiyəyə 700 min kubmetr həcmində qaz satışı üzrə ilk sazişi imzalayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında ​​deyilir.

Təchizat 2020-ci ilin dekabrında Malkoçlar məntəqəsində olacaq.

Qeyd edək ki, “Gazprom”un rüblük hesabatında bu ilin yanvar-sentyabr aylarında Türkiyəyə qaz tədarükünün öncəki ilin eyni dövrü ilə müqayisədə 25 % azalaraq 8,854 milyard kubmetr olduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi