“G7 (“Böyük Yeddilik”) ölkələrinin Rusiya neftinin qiymətinə qoyacağı limit ədalətli bazar qiyməti ilə müəyyən edilməlidir”.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi Elizabet Rozenberq bildirib.
Onun sözlərinə görə, qiymət Rusiya neftinin hasilatı ilə bağlı maksimum xərclərdən yuxarı təyin olunmalı və tarixi qiymətlər nəzərə alınmalıdır.
O deyib ki, G7 ölkələri qiymət limitini və bunun həyata keçirilməsi ilə bağlı digər detalları müəyyən etmək üçün yaxın həftələrdə birgə işləyəcək.