Rusiyada yanğından sonra Avropada qaz qiymətləri ən yüksək həddə çatıb

Rusiyada yanğından sonra Avropada qaz qiymətləri ən yüksək həddə çatıb Avropada qazın qiyməti 1000 kubmetr üçün 540 ABŞ dollarını keçərək yeni rekord müəyyən edib.
Energetika
6 Avqust , 2021 14:58
Rusiyada yanğından sonra Avropada qaz qiymətləri ən yüksək həddə çatıb

Avropada qazın qiyməti 1000 kubmetr üçün 540 ABŞ dollarını keçərək yeni rekord müəyyən edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, Avropanın ən likvid habı hesab olunan TTF indeksi üzrə sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti cümə günün ticarət sessiyasının gedişatında 1000 kubmetr üçün 546,3 dollara çatıb.

Qazın rekord dərəcədə bahalaşması Rusiyanın təbii qaz inhisarçısı - “Qazprom” şirkətinin Yamal-Nen muxtar dairəsində yerləşən zavodunda baş verən yanğından sonra “Yamal-Avropa” qaz kəməri üzrə nəqlin aşağı düşməsi fonunda baş verib.

Son xəbərlər

Orphus sistemi