Rusiyanın neft nəhəngi OPEC+ sazişinə uyğun olaraq hasilatı 19% azaldıb

Rusiyanın neft nəhəngi OPEC+ sazişinə uyğun olaraq hasilatı 19% azaldıb 2020-ci ilin dördüncü rübü ilə müqayisədə isə neft hasilatı 5,9 faiz azalıb
Energetika
17 May , 2021 14:58
Rusiyanın neft nəhəngi OPEC+ sazişinə uyğun olaraq hasilatı 19% azaldıb

Rusiyanın “Rosneft” şirkətinin neft hasilatı 2021-ci ilin birinci rübündə sutkada 3,7 milyon barel təşkil edib.

“Report” şirkətin hesabatına istinadən xəbər verir ki, bu, keçən ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz azdır.

Şirkətin mətbuat xidməti “İnterfaks” agentliyinə izah edib ki, birinci rübdə hasilatın azalması hökumətin OPEC+ razılaşması çərçivəsində hasilatı məhdudlaşdırmaq təlimatının icrası ilə əlaqədardır.

2020-ci ilin dördüncü rübü ilə müqayisədə isə neft hasilatı 5,9 faiz azalıb.

Son xəbərlər

Orphus sistemi