"Biz təbii qazı toptansatış olaraq “Azərkonktrak” ASC-dən alırıq və dəyərini 100% ödəyirik".
“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Fərqi yoxdur "Azəristiliktəchizat" ASC və yaxud başqası, istənilən təşkilat 30 gün müddətində aldığı qaza görə ödəniş etməlidir: “Bunu etmədiyi halda biz qazın verilişini dayandırmalıyıq. O cümlədən “Azəristiliktəchizat”a dövlət dotasiya verir, yardım olunur. Buna görə, hər bir təşkilat işini elə qurmalıdır ki, aldığı məhsulun dəyərini ödəsin”.
O xatırladıb ki, “Azəristiliktəchizat” ın hər bir abunəçisi ilə bağladığı müqaviləyə əsasən, onları istiliklə təmin etməlidir: “İstiliklə təmin etməli olduğu halda, həmin abunəçi üçün fərqi yoxdur o qazı hardan alır. Abunəçi ödəniş edirsə, istiliyi də “Azəristiliktəchizat”dan tələb etməlidir. Buizim “Azəristiliktəhcizat” ilə müqaviləmiz var, ona qazı satırıq. “Azəriqaz” olaraq satdığımız qazın pulunu ondan tələb edirik”
R. Əliyev onu da bildirib ki, hər iki qurum dövlət təşkilatı olduğu üçün “Azəristiliktəchizat”amüəyyən güzəştə gedilib: "Biz onlara dekabrın 15-nə kimi vaxt verdik ki, topdansatışçı ilə ilin sonunda problem yaşamayaq. Artıq “Azəriqaz” “Azəristiliktəchizat”a satdığı qazın dəyərini topdansatışçıya ödəyib. Çünki topdansatışıçı bizdən hər ay satdığı qazın ödənişini 100% tələb edir, biz də ödəyirik. Bunun üçün də bu məsələyə dekbarın 15-də son qoyulacaq. “Azəristiliktəchizat” işini görməlidir, ya qazın dəyərini ödəməlidir, ya da biz artıq onlara qazın verilişinin dayandırılacağı barədə xəbərdarlıq etmişik”.