“Şahdəniz-2”-dən Türkiyəyə ilk kommersiya qazının nəqlinə başlanılmasından 4 il ötür

 “Şahdəniz-2”-dən Türkiyəyə ilk kommersiya qazının nəqlinə başlanılmasından 4 il ötür 2017-2021-ci illər ərzində “Şahdəniz” yatağının ümumi qaz hasilatı 123 %
Energetika
30 İyun , 2022 11:02
 “Şahdəniz-2”-dən Türkiyəyə ilk kommersiya qazının nəqlinə başlanılmasından 4 il ötür

Bu gün Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Şahdəniz-2” layihəsi çərçivəsində Türkiyəyə ilk kommersiya qaz həcmlərinin nəqlinə başlanılmasından 4 il ötür.

Bu barədə “Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.

Məlumata görə, 2017-2021-ci illər ərzində “Şahdəniz” yatağının ümumi qaz hasilatı 123 %, cari ilin ilk 5 ayında isə 26,2 % artıb.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 28,8 %), AzSD (10 %), "SGC Upstream" (6,7 %), "Petronas" (15,5 %), "LUKoil" (10 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi