“Şahdəniz”dən hasil edilən 98 mlrd kubmetr qaz ixrac edilib

“Şahdəniz”dən hasil edilən 98 mlrd kubmetr qaz ixrac edilib ​​​​​​​Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku istismara veriləndən bu ilin iyulun 1-dək 183 milyard kubmetr təbii qaz hasil edilib
Energetika
31 İyul , 2021 16:08
“Şahdəniz”dən hasil edilən 98 mlrd kubmetr qaz ixrac edilib

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku istismara veriləndən bu ilin iyulun 1-dək 183 milyard kubmetr təbii qaz hasil edilib.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin yanvar-iyun ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən iyulun 1-dək isə 145 milyard kubmetrdən çox qaz hasil edilib.

Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 98 milyard kubmetrdən çoxu ixraca nəql edilib.

Son xəbərlər

Orphus sistemi