“Şahdəniz” yatağından qaz hasilatı 6%, yatağın hasilat gücü isə 25% artıb

“Şahdəniz” yatağından qaz hasilatı 6%, yatağın hasilat gücü isə 25% artıb Bu ilin I yarısında “Şahdəniz” yatağında yerləşən “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə 10 milyard standart kubmetr qaz və təqribən 1,9 milyon ton (15,1 milyon barel) kondensat hasil edilib.
Energetika
6 Avqust , 2021 12:41
“Şahdəniz” yatağından qaz hasilatı 6%, yatağın hasilat gücü isə 25% artıb

Bu ilin I yarısında “Şahdəniz” yatağında yerləşən “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə 10 milyard standart kubmetr qaz və təqribən 1,9 milyon ton (15,1 milyon barel) kondensat hasil edilib.

“Report” bu barədə “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq təxminən 6% çox və eynidir.

Hazırda mövcud “Şahdəniz” qurğularının hasilat gücü gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir. Bu isə illik müqayisədə 25% çoxdur.

Son xəbərlər

Orphus sistemi