Sahil Babayev: “Azərbaycan yaxın gələcəkdə Serbiyaya qaz tədarükünü artıra bilər”

Sahil Babayev: “Azərbaycan yaxın gələcəkdə Serbiyaya qaz tədarükünü artıra bilər” Yaxın gələcəkdə Azərbaycan qazının Serbiyaya tədarük həcmi artırıla bilər, hazırda tərəflər bu məsələni müzakirə edirlər.
Energetika
25 İyul , 2024 13:36
Sahil Babayev: “Azərbaycan yaxın gələcəkdə Serbiyaya qaz tədarükünü artıra bilər”

Yaxın gələcəkdə Azərbaycan qazının Serbiyaya tədarük həcmi artırıla bilər, hazırda tərəflər bu məsələni müzakirə edirlər.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib.

“Azərbaycan qazının Serbiyaya tədarükünə bu il başlanılıb və bu ölkəyə artıq 26 milyon kubmetrdən çox qaz göndərilib. Hazırda tədarük həcminin artırılmasına dair müzakirələr aparılır. Ümid edirəm ki, bu imkanlar yaxın gələcəkdə reallaşacaq”, - S.Babayev bildirib.

Xatırladaq ki, 2023-cü ilin noyabrın 15-də Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Srbijagas” arasında 2024-cü ildə Serbiyaya 400 milyon kubmetrə qədər qazın nəqli haqqında müqavilə bağlanıb. 2024-2026-cı illərdə Serbiya Azərbaycandan illik 400 milyon kubmetrədək qaz alacaq, 2027-ci ildən etibarən tədarükün həcmi 1 milyard kubmetrədək artacaq.

Son xəbərlər

Orphus sistemi