Saltuk Düzyol: “Cənub Qaz Dəhlizinin hədəfə alınması böyük səhvdir”

Saltuk Düzyol: “Cənub Qaz Dəhlizinin hədəfə alınması böyük səhvdir” Bu dəhlizin səhmdarları arasında Rusiya və Böyük Britaniya daxil olmaqla Avropa İttifaqı ölkələri və bu ölkələrin seçilən şirkətləri var
Energetika
20 Noyabr , 2020 17:36
Saltuk Düzyol: “Cənub Qaz Dəhlizinin hədəfə alınması böyük səhvdir”
Saltuk Düzyol

Dağlıq Qarabağda əldə edilən qələbə Azərbaycanla Türkiyə arasında əlaqələri daha da gücləndirəcək.

“Report”un məlumatına görə, bunu TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol Türkiyə mətbuatına bildirib.

Onun sözlərinə görə, TANAP Cənub Qaz Dəhlizi olaraq adlandırılan və Bakıdan İtaliyaya qədər uzanan təbii qaz tədarükü zəncirinin həlqələrindən biridir: “Bu dəhlizin səhmdarları arasında Rusiya və Böyük Britaniya daxil olmaqla Avropa İttifaqı ölkələri və bu ölkələrin seçilən şirkətləri var. ABŞ və Avropa İttifaqı Cənub-Şərqi Avropa ölkələrinin enerji tələbatı təhlükəsizliyinin təmin edilməsi və təbii qaz tədarükündə bir ölkəyə bağlılığının azaldılması məqsədilə bu yeni dəhlizin açılmasına böyük siyasi dəstək verir”.

S.Düzyol bildirib ki, bu səbədən beynəlxalq ictimaiyyətin bu qədər geniş bir dəstəyinə sahib olan Cənub Qaz Dəhlizinin Ermənistan və terror təşkilatları tərəfindən hədəfə alınması böyük səhvdir: “Bəzi fərdi hadisələr xaricində hədəf alınması ehtimalının çox az olduğunu qiymətləndirə bilərik".

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Son xəbərlər

Orphus sistemi