“SaxoBank” “Brent”in iyunun sonuna qədər 68 dollara çatacağını proqnozlaşdırır

“SaxoBank” “Brent”in iyunun sonuna qədər 68 dollara çatacağını proqnozlaşdırır O, bu ilin ikinci rübündə xammal sektorunun inkişaf edəcəyini qeyd edib
Energetika
31 Mart , 2021 16:42
“SaxoBank” “Brent”in iyunun sonuna qədər 68 dollara çatacağını proqnozlaşdırır

İyun ayının sonuna qədər “Brent” markalı neftin bir bareli 68 ABŞ dolları səviyyəsində dayana bilər.

“Report” “ngv” portalına istinadən xəbər verir ki, belə proqnozu “Saxo Bank”ın əmtəə-xammal bazarındakı strategiya şöbəsinin müdiri Ole Hansen verib.

O, bu ilin ikinci rübündə xammal sektorunun inkişaf edəcəyini qeyd edib.

O.Hansen hesab edir ki, neft önümüzdəki aylarda tələbatın artması və OPEC+ sazişi çərçivəsində hasilatın məhdudlaşdırılması fonunda bahalaşacaq: “Bu strategiya qlobal yanacaq tələbatının gündəlik 5,4 milyon barel səviyyəsində bərpa olunmasına qədər uğurlu olacaq, OPEC-ə üzv olmayan ölkələrdə təklif artımı isə məhdud və gündəlik 1 milyon bareldən az olacaq”.

Bakı vaxtı ilə saat 14:07-yə olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 0,53 % azalaraq bir barel üçün 63,83 ABŞ dollarına, may fyuçersləri 0,45 % azalaraq 63,85 dollar/barelə enib. WTI markalı neftin may fyuçerslərinin dəyəri isə 0,51 % azalaraq bir barel üçün 60,24 ABŞ dolları təşkil edib. Qeyd edək ki, neft dünən 1,3-1,6 % ucuzlaşdıqdan sonra bu gün səhər saatlarında orta hesabla 0,7 % bahalaşmışdı.

Son xəbərlər

Orphus sistemi