“Sberbank” "Akkuyu" AES-in inşasına 800 milyon dollar kredit verəcək

“Sberbank” "Akkuyu" AES-in inşasına 800 milyon dollar kredit verəcək Rusiyanın “Sberbank”ı Türkiyədə yerləşəcək "Akkuyu" Atom Elektrik Stansiyasının (AES) inşasına 800 milyon ABŞ dolları kredit verəcək.
Energetika
17 Noyabr , 2021 17:09
 “Sberbank”  Akkuyu AES-in inşasına 800 milyon dollar kredit verəcək

Rusiyanın “Sberbank”ı Türkiyədə yerləşən "Akkuyu" Atom Elektrik Stansiyasının (AES) inşasına 800 milyon ABŞ dolları kredit verəcək.

“Report” xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Məlumata görə, kredit 7 il müddətinə “Rosatom”un Türkiyədəki törəmə şirkəti “Akkuyu Nüvə AŞ”yə ayrılacaq.

“Sberbank”ın İdarə Heyətinin sədr müavini Anatoli Popov qeyd edib ki, "Akkuyu" AES Bank üçün strateji əhəmiyyət daşıyır: “Yeni kreditimizlə "Rosatom"un beynəlxalq layihələrindəki əsas kreditoru olmaqlda qalacağıq".

Xatırladaq ki, Rusiya və Türkiyə arasında "Akkuyu" AES-in inşasına dair müqavilə 2010-cu ildə imzalanıb, 2 il əvvəl isə iki ölkənin lideri onlayn formatda stansiyanın ilk reaktorunun təməlini qoyub. Ümumi gücü 4,8 min meqavat olacaq 4 reaktordan ibarət stansiyanın ilk blokunun 2023-cü ildə, Türkiyə Cümhuryyətinin 100 illik yubilieyində istismara verilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi