Sentyabrda Azərbaycan elektrik enerjisi ixracını 2 dəfədən çox artırıb

Sentyabrda Azərbaycan elektrik enerjisi ixracını 2 dəfədən çox artırıb Yanvar-sentyabrda Azərbaycandan xarici ölkələrə 51,9 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac olunub.
Energetika
3 Noyabr , 2020 14:52
Sentyabrda Azərbaycan elektrik enerjisi ixracını 2 dəfədən çox artırıb

Bu ilin sentyabr ayında Azərbaycan 9,3 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin oktyabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 4,8 milyon ABŞ dolları və yaxud 2,07 dəfə çoxdur.

2020-ci ilin yanvar-sentyabr aylarında isə Azərbaycandan xarici ölkələrə 51,9 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 11 milyon ABŞ dolları və yaxud 17,5% azdır.

Son xəbərlər

Orphus sistemi