Səudiyyə Ərəbistanı iyul ayında Asiya alıcılarına xam neft tədarükünü tam həcmdə həyata keçirəcək.
“Report” xəbər verir ki, bu barədə “Reuters” beş sənaye mənbəyinə istinadən məlumat verib.
Aprel ayında OPEC+ may və iyul aylarında qlobal bazarlara tədarükü tədricən artırmağa qərar verib. Bu qərar qrupun iyun ayındakı nazirlər sammitində təsdiqlənib.
Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” məsələ ilə bağlı “Reuters”ə heç bir şərh verməyib.