Səudiyyə Ərəbistanı hökuməti əsas satış bazarı olan Asiya ölkələri üçün neftin qiymətini artırıb, Avropa müştəriləri üçün əvvəlki səviyyədə saxlayıb, ABŞ üçün isə qiyməti aşağı salıb.
“Report” “Worldoil”ə istinadən xəbər verir ki, bununla da Asiya regionunda iqtisadi dirçəliş ehtimalının yüksək olduğuna inam ifadə olunub.
Belə ki, “Saudi Aramco” dövlət nerft şirkəti may ayında Asiya bazarı üçün qiymətləri orta hesabla 0,2-0,5 ABŞ dollarına qaldırır. Bununla da “Arab light” neft markası cari aydan 0,40 dollar bahalaşacaq. Şimal-Qərbi Avropa regionu üçün də sözügedən neft markası 0,20 dollar, ABŞ-dakı əksər müştərilər üçün isə 0,10 dollar azalacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı nefti son bir neçə ay ərzində Asiya bazarında Avropa və ABŞ-a nisbətən yüksək olub.