SOCAR: Belarusa 1 milyon ton neftin təchizatı haqqında saziş bağlanmayıb

SOCAR: Belarusa 1 milyon ton neftin təchizatı haqqında saziş bağlanmayıb Bu il ərzində Belarusa 650 min ton civarında Azərbaycan nefti göndərilib.
Energetika
2 Oktyabr , 2020 13:52
 SOCAR: Belarusa 1 milyon ton neftin təchizatı haqqında saziş bağlanmayıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) oktyabr üçün hələlik Belarusa neft satışı planlaşdırılmayıb.

Bunu “Report”a açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan nefti ilə doldurulmuş növbəti tanker sentyabrın 30-da yola salınıb.

Xatırladaq ki, bundan əvvəl SOCAR yaxın günlərdə, sentyabr ayının sonuna qədər Belarusa daha 95 min ton Azərbaycan nefti tədarük ediləcəyi ilə bağlı məlumat açıqlamışdı. Bildirilirdi ki, tanker Ceyhan limanından yola salınacaq.

Bu arada, “Belneftexim” konserni qeyd edir ki, 2020-ci ildə SOCAR Belarus neft emalı zavodlarında emal edilməsi üçün 1 milyon tona qədər neft nəql etməyi planlaşdırır.

Buna münasibət bildirən İ.Əhmədov qeyd edib ki, Azərbaycan tərəfinin Belarusa bu il 1 milyon ton neft göndərmək planı yoxdur: “Sadəcə Belarus tərəfi ilə 1 milyon ton neftin təchizatı haqqında sazişin bağlanması məsələsi pandemiyanın geniş yayılmasından əvvəl müzakirə olunurdu. Lakin belə bir saziş bağlanmadı”.

SOCAR rəsmisi həmçinin vurğulayıb ki, indiyə qədər bu il ərzində Belarusa 650 min ton civarında Azərbaycan nefti göndərilib.

Qeyd edək ki, SOCAR-ın Belarusa tədarük etdiyi neft “Belneftexim” konserni üçün nəzərdə tutulub. Bu neft Odessa şəhərinin Cənub limanına aparılır. Oradan isə Mozır neft emalı zavoduna çatdırılır.

Son xəbərlər

Orphus sistemi