2020-ci il ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 125 min ton neft bitumu ixrac edib.
Bu barədə “Report”a SOCAR-dan məlumat verilib.
Bildirilir ki, bu, 2019-cu illə müqayisədə 10,4 dəfə artım deməkdir.
Məlum olduğu kimi, son onillikdə bitum, əsasən daxili bazarın tələbatına yönləndirilirdi. 2019-cu ildə, istehsal həcmini artıran yeni bitum qurğusunun istismara verilməsindən sonra, Azərbaycan yenidən bu məhsulun ixracına başlayıb.