SOCAR “Chevron” ilə dekarbonizasiya məsələlərini müzakirə edib

SOCAR “Chevron” ilə dekarbonizasiya məsələlərini müzakirə edib Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə ABŞ-nin “Chevron” şirkəti arasında dekarbonizasiya, hasilat və nəql məsələləri müzakirə edilib.
Energetika
16 Oktyabr , 2024 18:17
SOCAR “Chevron” ilə dekarbonizasiya məsələlərini müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə ABŞ-nin “Chevron” şirkəti arasında dekarbonizasiya, hasilat və nəql məsələləri müzakirə edilib.

“Report” SOCAR-a istinadla xəbər verir ki, müzakirələr oktyabrın 16-da SOCAR prezidenti Rövşən Nəcəf ilə “Chevron” şirkətinin Avrasiya biznes bölməsinin idarəedici direktoru Derek Maqnes arasında keçirilən görüş zamanı baş tutub.

Tərəflər, həmçinin şirkətlər qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinə dair fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi