Bu ay Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi - “SOCAR Energy Ukraine” şirkəti ölkəyə 3,25 min ton mayeləşdirilmiş neft qazı (LPG) idxal edib.
“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “A-95” Konsaltinq Qrupunun hesabatında bildirilir.
Sənəddə həmçinin deyilir ki, bu, fevral ayı ilə müqayisədə 2,9 % azdır.
Martda Ukraynaya ümumilikdə 119,1 min ton LPG idxal edilib ki, bu da aylıq müqayisədə 11 min ton və yaxud 10 % çoxdur.