SOCAR Gürcüstandakı törəməsindəki payını 92%-ə çatdırıb

SOCAR Gürcüstandakı törəməsindəki payını 92%-ə çatdırıb 2020-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstandakı törəməməsində - “SOCAR Energy Georgia” şirkətində payını artırıb.
Energetika
1 İyul , 2021 15:41
SOCAR Gürcüstandakı törəməsindəki payını 92%-ə çatdırıb

2020-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstandakı törəməməsində - “SOCAR Energy Georgia” şirkətində payını artırıb.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın ötən il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında bildirilir.

Sənədə əsasən, sözügedən nisbət 75,5%-dən 91,8%-ə çatdırılıb.

“SOCAR Energy Georgia” 2006-cı ildən fəaliyyət göstərir. Bu müddətdə şirkət Gürcüstan iqtisadiyyatına 1,2 milyard ABŞ dollarından artıq investisiya qoyub və dövlət xəzinəsinə 1,7 milyard ABŞ dolları məbləğində vergi ödəyib. Bu gün şirkət bütün Gürcüstan ərazisində 770 mindən çox qaz istehlakçısına xidmət edir. Ölkədə SOCAR brendi ilə 111 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi