Bu ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xarici bazarlara 4,197 milyon ton xam neft ixrac edib.
“Report”un məlumatına görə, bu barədə SOCAR-ın bu ilin II rübündə həyata keçirdiyi qazma, hasilat, emal və ixrac göstəriciləri ilə bağlı yaydığı hesabatda deyilir.
Bildirilir ki, bu, 2020-ci ilin iki rübünün nəticələri ilə müqayisədə 16,7 % azdır.
Bu həcm şirkətin öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən nefti də əhatə edir.