Prezident İlham Əliyevin Sərəncamı ilə SOCAR-ın yeni təyin olunmuş birinci vitse-prezidenti Rövşən Nəcəf kollektivə təqdim olunub.
"Report" xəbər verir ki, Azərbaycan Respublikasının İqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov SOCAR-ın yeni təyin olunmuş birinci vitse-prezident Rövşən Nəcəfi təyinatı münasibətilə təbrik edib.
M.Cabbarov Prezident İlham Əliyevin Sərəncamına əsasən Rövşən Nəcəfin həm də SOCAR prezidentinin səlahiyyətlərini müvəqqəti olaraq icra edəcəyini qeyd edib.