SOCAR-ın “şimal kəməri” ilə nəql etdiyi neftin həcmi açıqlandı

SOCAR-ın “şimal kəməri” ilə nəql etdiyi neftin həcmi açıqlandı Bakı-Novorossiysk neft kəməri ilə ixrac həcmləri 5,7 dəfə artıb
Energetika
2 Aprel , 2021 10:58
SOCAR-ın “şimal kəməri” ilə nəql etdiyi neftin həcmi açıqlandı

Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakı-Novorossiysk neft kəməri ilə 169,45 min ton neft ixrac edib.

“Report”un “İnterfax”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Federal Dövlət Büdcəsi İdarəsinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin əməliyyat məlumatlarında qeyd edilir.

Məlumatda qeyd edilir ki, 2021-ci ilin birinci rübündə “Transneft” şirkətinin sistemi üzrə Azərbaycandan Novorossiysk limanına neftin tranzit həcmləri 169,45 min ton təşkil edib. Mart ayında bu marşrut üzrə neftin ixracı 169,3 min ton təşkil edib.

Qeyd edilir ki, 2020-ci ilin birinci rübündə nəqletmənin həcmi 29,55 min ton olub ki, bu da ixrac həcminin illik müqayisədə 5,7 dəfə artması deməkdir.

Bu ilin yanvar ayında Azərbaycandan Novorossiysk istiqamətindən xam neftin ixracı həyata keçirilməyib. Buna səbəb SOCAR-ın bütün həcmləri Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql etməsi olub. SOCAR “şimal kəməri” ilə neftin ixracını bu ilin fevralın 15-də bərpa edib.

Xatırladaq ki, SOCAR və “Transneft” şirkəti Bakı-Novorossisysk boru kəməri ilə 2021-ci il ərzində 1 milyon ton neftin nəql ediləcəyi ilə bağlı müqavilə imzalayıblar. 2020-ci ildə SOCAR bu kəmər ilə ümumilikdə 613,29 min ton neft nəql edib.

Son xəbərlər

Orphus sistemi