SOCAR-ın Türkiyədəki neft emalı zavodu istehsal gücünü artırır

SOCAR-ın Türkiyədəki neft emalı zavodu istehsal gücünü artırır Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti olan “SOCAR Turkiye” Aliağa yarımadasında yerləşən neft emalı zavodunun istehsal gücünü artırıb və illik 11 milyon ton həcminə çatdırıb.
Energetika
1 Dekabr , 2021 11:41
SOCAR-ın Türkiyədəki neft emalı zavodu istehsal gücünü artırır

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti olan “SOCAR Turkiye” Aliağa yarımadasında yerləşən neft emalı zavodunun istehsal gücünü artırıb və illik 11 milyon ton həcminə çatdırıb.

“Report” xəbər verir ki, bunu “SOCAR Turkey” şirkətinin Baş icraçı direktoru Zaur Qəhrəmanov şirkətin İstanbuldakı ofisində Azərbaycanın mətbuat nümayəndələri ilə görüşündə bildirib.

“SOCAR Turkiye Aegean Refinery” (STAR) neft emalı zavodunun əvvəlki istehsal həcmi illik 10 milyon ton idi.

Onun sözlərinə görə, müəssisənin istehsal gücü şirkətin daxili ehtiyatları hesabına artırılıb: "Şirkətin Türkiyədə yerləşən müəssisələri arasında yalnız STAR pandemiyanın ciddi mənfi təsirinə məruz qalıb".

Z.Qəhrəmanov deyib ki, söhbət əsasən əldə edilməmiş mənfəətdən gedir: “Lakin şirkətin portfelinin yüksək şaxələndirilməsini nəzərə alaraq, bu təsir balanslaşdırılıb”.

Qeyd edək ki, 2018-ci il oktyabrın 19-da İzmir şəhərində STAR neft emalı zavodunun açılış mərasimi keçirilib.

Müəssisə “Urals”, “Azeri Light” və "Kirkuk" kimi neft çeşidlərini emal edir. Zavod 1,6 milyon ton nafta, 4,8 milyon ton dizel, həmçinin aviasiya yanacağı, LPG, neft koksu, qarışıq ksilol istehsal etmək imkanına malikdir.

Son xəbərlər

Orphus sistemi