SOCAR: İsraildə neft emalı zavoduna investisiya nəzərdən keçirilmir

SOCAR: İsraildə neft emalı zavoduna investisiya nəzərdən keçirilmir İsrailin Aşdod neft emalı zavodu ilə bağlı təklif daxil olub
Energetika
31 Avqust , 2020 11:56
 SOCAR: İsraildə neft emalı zavoduna investisiya nəzərdən keçirilmir
0 : 00
0 : 00

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) satışa çıxarılan İsrailin Aşdod neft emalı zavodu ilə bağlı təklif daxil olub.

Bunu “Report”a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov İsrail KİV-ində SOCAR-ın bu neft emalı zavodunun alışına maraq göstərdiyi barədə məlumata münasibət bildirərkən qeyd edib.

O bildirib ki, lakin SOCAR hazırda belə bir investisiyanı nəzərdən keçirmir.

Qeyd edək ki, İsrail KİV-ində SOCAR-ın satışa çıxarılmış Aşdod neft emalı zavoduna maraq göstərdiyi qeyd edilmişdi. Bildirilib ki, alış üçün yerli tərəfdaş lazımdır və SOCAR bununla bağlı bir neçə İsrail şirkəti ilə danışıqlar aparır.

Son xəbərlər

Orphus sistemi