SOCAR İsveçrədə sürətli elektrik enerjisi yükləmə məntəqələri inşa edəcək

SOCAR İsveçrədə sürətli elektrik enerjisi yükləmə məntəqələri inşa edəcək 2023-cü ilədək “SOCAR Energy Switzerland" şirkəti İsveçrədə 20 ədəd sürətli elektrik enerjisi yükləmə məntəqəsi inşa etməyi planlaşdırır
Energetika
23 Avqust , 2021 15:07
SOCAR İsveçrədə sürətli elektrik enerjisi yükləmə məntəqələri inşa edəcək

2023-cü ilədək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İsveçrədəki törəməsi – “SOCAR Energy Switzerland" şirkəti İsveçrədə 20 ədəd sürətli elektrik enerjisi yükləmə məntəqəsi inşa etməyi planlaşdırır.

“Report”un məlumatına görə, bu barədə SOCAR-ın 2020-ci il üzrə "Davamlı İnkişaf Hesabatı"nda bildirilib.

Ötən il SOCAR-ın brendi altında İsveçrədə fəaliyyət göstərən yanacaq doldurma məntəqələrinin (YDM) sayı 4,7 % artaraq 200-ə çatıb.

Qeyd edək ki, "SOCAR Energy Switzerland" şirkəti İsveçrə bazarında neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğuldur. 2012-ci ildə SOCAR və "ExxonMobil" şirkətləri arasında imzalanan müqavilə əsasında "Esso Switzerland" şirkətinin aktivləri SOCAR-ın nəzarətinə keçib.

Son xəbərlər

Orphus sistemi