SOCAR neft emalını bir ildə 24 % artırıb

SOCAR neft emalını bir ildə 24 % artırıb Bu ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1,815 milyon tondan artıq neft emal edib
Energetika
16 İyul , 2021 13:20
SOCAR neft emalını bir ildə 24 % artırıb

Bu ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1,815 milyon tondan artıq neft emal edib.

“Report”un məlumatına görə, bu barədə SOCAR-ın bu ilin II rübündə həyata keçirdiyi qazma, hasilat, emal və ixrac göstəriciləri ilə bağlı yaydığı hesabatda deyilir.

Bildirilir ki, bu, ötən ildəki göstəricidən 24 % çoxdur.

Eyni zamanda şirkətin qaz emalı zavodunda rüb ərzində 819 milyon kubmetr təbii qaz emal olunub. Bu da 2020-ci ilin iki rübünün göstəriciləri ilə müqayisədə 1,9 % çoxdur.

Son xəbərlər

Orphus sistemi