SOCAR: Neft və qaz infrastrukturunun təhlükəsizliyini ordu təmin edir

SOCAR: Neft və qaz infrastrukturunun təhlükəsizliyini ordu təmin edir Cənubi Qaz Dəhlizi layihəsinin başa çatmasına bir neçə ay qalmış Ermənistan silahlı qüvvələrinin hücumlarının daha mütəmadi baş verməsi təsadüfi deyil.
Energetika
29 Sentyabr , 2020 14:49
SOCAR: Neft və qaz infrastrukturunun təhlükəsizliyini ordu təmin edir

Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində vəziyyətin kəskinləşməsi fonunda Azərbaycandan neft və qaz hasilatı və ixracı əməliyyatları adi rejimdə davam edir.

Bunu “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə: “Hazırda infrastrukturumuzun təhlükəsizliyi məhz Azərbaycan ordusu sayəsində təmin edilir".

O qeyd edib ki, neft və qaz kəmərləri Ermənistan tərəfindən daimi olaraq təhlükə altındadırlar: “Məlumdur ki, Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) inşasında irəliləyiş səviyyəsi 98% olduğu bir vaxtda, Cənubi Qaz Dəhlizi layihəsinin başa çatmasına bir neçə ay qalmış Ermənistan silahlı qüvvələrinin hücumlarının daha mütəmadi baş verməsi təsadüfi deyil. Bu gün Xəzər hövzəsindən hasil edilən təbii qazın ilk dəfə Cənub Qaz Dəhlizi ilə Avropaya göndəriləcəyi tarixi bir anın astanasındayıq ki, bu, Avropa və Türkiyəyə qaz idxal mənbələrini şaxələndirməyə kömək edəcək. Bu, bu bölgələrdə iqtisadi inkişafa, sülhə və sabitliyə mühüm töhfə olacaq”.

O əlavə edib ki, son aylar Ermənistan tərəfindən Azərbaycana daha tez-tez baş verən hücumlar göstərib ki, Azərbaycan ərazisinin bir hissəsinin işğal altında olması da Avropanın enerji təhlükəsizliyi üçün daimi təhlükə mənbəyidir: “İcrası mütləq olan beynəlxalq hüquq normalının reallaşdırılması işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması, bu təhlükənin aradan qaldırılmasının, Avropa və dünyanın regiona təhlükəsiz enerji təchizatının təmin olunmasında yeganə effektiv vasitəsidir”.

Son xəbərlər

Orphus sistemi