SOCAR ötən il 6 milyon tondan çox neft emal edib

SOCAR ötən il 6 milyon tondan çox neft emal edib 2019-cu ildə Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına neft emalı zavodunda yenidənqurma və modernizasiya layihəsi çərçivəsində işlər davam etdirilib.
Energetika
3 Dekabr , 2020 14:05
SOCAR ötən il 6 milyon tondan çox neft emal edib

2019-cu ildə Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına neft emalı zavodunda yenidənqurma və modernizasiya layihəsi çərçivəsində işlər davam etdirilib.

“Report” bu barədə SOCAR-ın “Davamlı İnkişaf üzrə İllik Hesabat”ına istinadən xəbər verir.

Məlumata görə, ötən il 6 189,7 min ton neft və 40,8 min ton kənardan daxil olan xammal olmaqla, cəmi 6230,5 min ton xammal emal edilib. Təyin olunan plana qarşı xam neftin emalı 101,4%, ümumi xammalın emalı isə 103,1% yerinə yetirilib.

Son xəbərlər

Orphus sistemi