SOCAR: Vulkanın baş verdiyi ərazidə heç bir qazma işləri aparılmayıb

SOCAR: Vulkanın baş verdiyi ərazidə heç bir qazma işləri aparılmayıb Həmin ərazidə SOCAR-ın heç bir infrastrukturu yoxdur
Energetika
5 İyul , 2021 12:31
SOCAR: Vulkanın baş verdiyi ərazidə heç bir qazma işləri aparılmayıb
0 : 00
0 : 00

“Baş verən hadisəni SOCAR rəhbərliyi diqqətdə saxlayıb və bununla bağlı operativ qrup palçıq vulkanın baş verdiyi əraziyə göndərilib”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Geologiya və Geofizika şöbəsinin rəisi Fərhad İbadov deyib.

Onun sözlərinə görə, palçıq vulkanın baş verdiyi ərazidə heç bir qazma işləri aparılmayıb: “Həmin ərazidə SOCAR-ın heç bir infrastrukturu yoxdur”.

“Qazılmış kəşfiyyat quyularının hamısının ağzı bağlıdır. Həmin quyulara daimi olaraq nəzarət edilir. Mətbuatda qazılmış kəşfiyyat quyularının ağzının açıq olması barədə məlumatlar tamamilə əsassızdır", - deyə F.İbadov bildirib.

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında dəniz istiqamətində alov təzahürü görünub. SOCAR bununla bağlı yaydığı açıqlamasında bildirib ki, yaranmış alov nəticəsində heç bir sənaye obyektinə zərər dəyməyib.

Məlumatda həmçinin deyilir ki, şirkətin bütün dəniz özülləri və sənaye obyektləri öz fəaliyyətini normal rejimdə davam etdirir. Bununla belə, dənizdə görünmüş alovun səbəbini dəqiqləşdirmək üçün hadisə yerinə SOCAR-ın işçi heyəti gəmi ilə göndərilib. Ələt qəsəbəsi ilə Neftçala şəhəri arasında, sahildən təxminən 30 km məsafədə dənizdə yerləşən Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı müşahidə olunub.

Müşahidə zamanı alov sönməyə doğru gedir, yaxınlığında neft sənayesinə aid hər hansı infrastruktur mövcud olmayıb. Neft-qaz yataqları ilə bağlılığına görə palçıq vulkanlarının püskürməsi nəticəsində keçmişdə də metan və digər alovlanan qazların çıxması müşahidə olunub.

Son xəbərlər

Orphus sistemi