“SOCAR Petroleum”un baş direktoru dəyişib

“SOCAR Petroleum”un baş direktoru dəyişib Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkədə neft və neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan “SOCAR Petroleum” QSC-yə yeni baş direktoru təyin edilib
Energetika
2 Dekabr , 2021 14:18
“SOCAR Petroleum”un baş direktoru dəyişib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkədə neft və neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan “SOCAR Petroleum” QSC-yə yeni baş direktoru təyin edilib.

“Report”un məlumatına görə, bu vəzifə Rövşən İmran oğlu Həsənova həvalə edilib. O, bu vəzifədə Toğrul Cavad oğlu Seyidovu əvəzləyib.

Faktı “Report”a “SOCAR Petroleum” QSC-dən təsdiqləyiblər.

Qeyd edək ki, Rövşən Həsənov “Azərneftyağ” Neft Emalı Zavodunun direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, “SOCAR Petroleum” QSC Azərbaycan ərazisində neft məhsullarının alqı-satqısının təşkil edilməsi və çoxsahəli nəqliyyat infrastrukturuna, beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə 2008-ci ildə təsis edilib.

Şirkətin ilk yanacaqdoldurma məntəqəsi 2010-cu ilin mayın 7-də açılıb. Şirkətin 39 yanacaqdoldurma məntəqəsi və 11 neft məhsullarının saxlama terminalı, 1 sıxlaşdırılmış təbii qaz terminalı və 9 CNG stansiyası fəaliyyət göstərir. "SOCAR Petroleum"da 2 000 nəfərdən çox işçi çalışır.

İngilis versiyası SOCAR Petroleum CEO replaced

Son xəbərlər

Orphus sistemi