“SOCAR Polymer” polietilen və polipropilen ixracını 58 % artırıb

“SOCAR Polymer” polietilen və polipropilen ixracını 58 % artırıb Azərbaycanda istehsal olunan polimer məhsullarının əsas ixrac bazarları Rusiya, Türkiyə və Çindir
Energetika
18 Yanvar , 2021 13:17
“SOCAR Polymer” polietilen və polipropilen ixracını 58 % artırıb

2020-ci İl ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neft emalı və neft-kimya məhsullarının ixracı (polimerlərlə birlikdə) təqribən 2,4 milyon ton təşkil edib.

Bu barədə “Report”a SOCAR-dan məlumat verilib.

Bildirilir ki, “SOCAR Polymer” şirkəti tərəfindən müxtəlif çeşidlərdə yüksək sıxlıqlı polietilen və polipropilen olmaqla, 132,5 min ton polimer məhsulu ixrac edilib ki, bu da 2019-cu illə müqayisədə 58 % çoxdur.

Azərbaycanda istehsal olunan polimer məhsullarının əsas ixrac bazarları Rusiya, Türkiyə və Çindir.

Qeyd edək ki, “SOCAR Polymer” 2020-ci ildə Rusiyanın ən böyük polipropilen idxalçısı olub. İl ərzində polimer məhsullarının Avstriya, Rumıniya və Gürcüstan bazarında satışına da başlanılıb.

Son xəbərlər

Orphus sistemi