SOCAR prezidenti: “Enerji keçidi məsələsi bütün maraqlı tərəflərin əməkdaşlığını tələb edir”

SOCAR prezidenti: “Enerji keçidi məsələsi bütün maraqlı tərəflərin əməkdaşlığını tələb edir” Azərbaycanda “yaşıl enerji”yə keçid bütün maraqlı tərəflərin əməkdaşlığını tələb edir.
Energetika
8 İyul , 2024 11:05
SOCAR prezidenti: “Enerji keçidi məsələsi bütün maraqlı tərəflərin əməkdaşlığını tələb edir”

Azərbaycanda “yaşıl enerji”yə keçid bütün maraqlı tərəflərin əməkdaşlığını tələb edir.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 18-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimində deyib.

“İstənilən siyasi qərar bu keçidin istiqamətinə və sürətinə təsir edəcək. Bu baxımdan hər şey razılaşdırılmalı, bütün maraqlı tərəflər bu məqsədə çatmaq üçün öz fəaliyyətlərini əlaqələndirməlidirlər”, - R.Nəcəf vurğulayıb.

Onun sözlərinə görə, sübutlarla əsaslandırılmayan hər hansı siyasət, eləcə də cəmiyyətin siyasət və maraqlarına uyğun olmayan şirkətlərin fəaliyyətləri nəticə verməyəcək: "Buna görə də bütün maraqlı tərəflərin maraqlarını anlamaq və işin eyni istiqamətdə getdiyini başa düşmək üçün müzakirələr aparılır. 2040-50-yə qədər yaxşı təkliflər və öhdəliklər irəli sürmək olar, amma real yanaşma və bunun necə həyata keçirilə biləcəyi barədə düşünmək lazımdır. Biz artıq üzərimizə götürdüyümüz öhdəlikləri əldə edilə bilən hesab edirik”.

R.Nəcəf qeyd edib ki, enerji keçidinə gəlincə, bu, təkcə gələcək nəsillər üçün deyil, həm də indiki nəsillər üçün layiqli həyat təmin edəcək ədalətli bir proses olmalıdır: “Bizim üçün 2050-ci ildə yaşayacaq uşaqlarla indi yaşayanlar arasında heç bir fərq yoxdur. Onların hamısı həyatı layiqli yaşamalıdırlar. Ona görə də enerji şirkətləri olaraq bizim əsas vəzifəmiz ölkələri iqtisadi artım, inkişaf, davamlı idarəetmə üçün enerji ilə təmin etməkdir”.

Son xəbərlər

Orphus sistemi