SOCAR prezidenti Sumqayıtdakı emal müəssisələrinin transformasiya proqramı ilə tanış olub

SOCAR prezidenti Sumqayıtdakı emal müəssisələrinin transformasiya proqramı ilə tanış olub ​​​​​​​Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf şirkətin Sumqayıt şəhərində yerləşən emal müəssisələrində həyata keçirilən transformasiya proqramı ilə yaxından tanış olub
Energetika
24 İyul , 2024 13:22
SOCAR prezidenti Sumqayıtdakı emal müəssisələrinin transformasiya proqramı ilə tanış olub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf şirkətin Sumqayıt şəhərində yerləşən emal müəssisələrində həyata keçirilən transformasiya proqramı ilə yaxından tanış olub.

Bu barədə “Report”a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, səfər zamanı yenidənqurma layihələri nəticəsində müəssisələrin xammal təminatının və keyfiyyətinin artırılması istiqamətində görülən işlər nəzərdən keçirilib.

Həmçinin, SOCAR-ın Sumqayıtda yerləşən emal müəssisələrində tətbiq edilən texnologiyalar və maliyyə effektləri barədə məlumat verilib, gələcək hədəflər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi