“SOCAR Türkiyə Ar-Ge" tədqiqat və inkişaf mərkəzinin konsentrasiya edilmiş günəş enerjisi texnologiyalarından istifadə edərək karbon dioksiddən etanol / izopropanol kimi qiymətli kimyəvi maddələri istehsal edəcəyi NEFERTITI layihəsini Avropa Komissiyasının "ÜFÜQ 2020" Qrant Proqramı maliyyələşdirəcək.
Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Məlumata görə, güçlü bir rəqabətin olduğu ‘Enerji Sahəsi 2020’ çağrışlarından qrant almaq hüququnu əldə edən konsorsiumdaki 10 beynəlxalq şirkətdən biri olan “SOCAR Türkiyə Ar-Ge Mərkəzi”nin layihəsinin 389 min Avroluq büdcənin bütövlükdə bu proqram tərəfindən qarşılanacaq.
İnnovasiyaya böyük əhəmiyyət verən Türkiyənin ən böyük birbaşa xarici investoru “SOCAR Türkiyə”, Ar-Ge üzrə fəaliyyətlərini artırmağa yönəlik çalışmalarını sürətləndirib. “Petkim”in 51 illik Ar-Ge təcrübəsini bütün qrupa yaymaq üzrə 2019-cu ilin dekabr ayında təsis edilən “SOCAR Türkiye Ar-Ge ve İnovasyon A.Ş.” dəyər zəncirindəki bütün hissədarları üçün katalizator və rəqəmsal texnologiyaları təkmillədirməyi öz qarşısına hədəf olaraq qoyur.
“SOCAR Türkiye Ar-Ge ve İnovasyon A.Ş.” Direktoru Bilal Quliyev bir il ərzində əhəmiyyətli layihələrə imza atdıqlarını bildirərək, günəş enerjisi ilə karbon dioksiddən etonol/izopropanol kimi kimyəvi maddələr istehsal etməyi öz qarşısına hədəf olaraq qoyan NEFERTITI Layihəsinin Avropa Komissiyası UFÜQ 2020 Qrant Proqramı tərəfindən maliyyələşdiriləcəyini bildirib: “Aİ layihələrinin üzərində 2012-ci ildən çalışdıqlarını, növbəti ildə pilot miqyaslı məhsulların istehsalına başlanacağını qeyd edən Quliyev, belə demişdir: “İspaniya, Çin, ABŞ, İrlandiya, Hollandiya və Cənubi Kiprdən 10 beynəlxalq ortağin yer aldığı layihə konsorsiumundaki tək Türk şirkət olmaqdan böyük qürur duyuruq. Karbondioksid və suyun kimyəvi maddələrə çevrilə biləcəyi layihəylə yenilənə bilən enerji mənbələrindən istifadənin artırılması mövzusunda təcrübələrimizin artmasını öz qarşımıza məqsəd olaraq qoyduq. Həmçinin, bu layihənin SOCAR Türkiyənin orta və uzun müddətli enerji strategiyalarına da töhfə verəcəyinə inanırıq.”
2244-sənaye dokturantura proqramına müraciət edəcək
“SOCAR Ar-Ge Mərkəzi”nin önümüzdəki dövrdə sektora istiqamət verəcək çalışmalara imza atacağını ifadə edən Quliyev fikrini belə davam etdi: “Hal hazırda mərkəzimizdə akademik səviyyəsi doktor olan 6 tədqiqatçı var. Müdafiələrini başa çatdırmaq üzrə olan 2 tədqiqatçımız ilə birgə bu say 8-ə çatacaq. Dəstəmizə doktorluq dərəcəsi olan yeni tədqiqatçıların cəlb edilməsi üzərində də fəaliyyətlərimiz davam edir. Bu məqsədlə TÜBİTAK Elm Xadimlərini Dəstəkləmə Proqramı Rəhbərliyi (BİDEB) tərəfindən açılması planlaşdırılan, sənayenin ehtiyaclarına istiqamətlənmiş insan resursunun, keyfiyyət və kəmiyyətinin yaxşılaşdırılmasını öz qarşısına məqsəd olaraq qoyan ‘2244-Sənaye Doktorantura Proqramı’ çağırışına müraciət etmək üzrə hazırlıqlarımız davam etdiririk”.
Qeyd edək ki, Aliağa Neftayırma və Neft-Kimya İş Birimi kampusunda yerləşən “SOCAR Türkiyə Ar-Ge Mərkəzi” 1 200 kvadratmetrlik sahədə yaradılan, reologiya, katalizator, polimer xarakteristikası, ətraf mühit və biyotexnologiya, kimyəvi təhlil və kromatografiya sahələrində xidmət göstərəcək 6 laboratoriyaya malikdir. Ar Ge Mərkəzində polimer hazırlama, polimerizasiya və katalizator sınaq sistemlərinə imkan verəcək 400 kvadratmetrlik bir pilot istehsal müəssisəsi ilə ofislər də yerləşir. SOCAR Türkiyə Ar-Ge və İnovasyon A.Ş, Ar-Ge çalışmalarına investisiyaları artıraraq “SOCAR Türkiyə”ni rəqabətcil mövqedə saxlamaq və innovativ həllərlə şirkətin davamlı böyüməsinə töhfə verməyi öz qarşısına məqsəd olaraq qoyur.