“SOCAR Türkiyə” çevik iş modelinə keçir

“SOCAR Türkiyə” çevik iş modelinə keçir Bunu şirkətin İnsan Resursları və Korporativ Xidmətlər üzrə Departamentinin rəhbəri Sibel Uğur bildirib
Energetika
13 May , 2021 10:39
“SOCAR Türkiyə” çevik iş modelinə keçir

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ötən ildən məsafədən iş rejiminə keçmiş Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi - "SOCAR Türkiyə", bu ildən çevik iş modelinə keçməyə hazırlaşır.

“Report” türk mətbuatına istinadən xəbər verir ki, bunu “SOCAR Türkiyə”nin İnsan Resursları və Korporativ Xidmətlər üzrə Departamentinin rəhbəri Sibel Uğur bildirib.

Onun sözlərinə görə, yeni iş üsulu əməkdaşlara iş və işdənkənar həyat arasında balansı qorumağa imkan verəcək, şirkəti gənc kadrların üstünlük verdiyi işəgötürənə çevirəcək.

"SOCAR-Türkiyə" çevik iş üsulunu mərhələ-mərhələ tətbiq edəcək, prosesə ilk olaraq şirkətin Vadi İstanbuldakı baş ofisində star veriləcək. Son nəticədə burada çalışanlar işlərini kənardan görə biləcək, İstanbulda yaşamaq məcburiyyətində qalmayacaqlar.

S.Uğur deyib ki, sözügedən model daxili imkanlar hesabına inkişaf etdirilib: “Fərqli fəaliyyət sahələrimiz olduğuna görə, birdən çox iş modelinə ehtiyac duyduq. Əsas məqsədimiz işçilərimizin ehtiyaclarını ən yaxşı şəkildə qarşılayacaq sistem qurmaq idi. Uyğunlaşma prosesini asanlaşdıracaq həllər hazırladıq. Evdəki iş mühitlərini yaxşılaşdırmaq üçün işçilərimizə "Çevik iş dəstəyi" də veriləcək. Bu dəstəklə əməkdaşlarımızın internet və digər ehtiyaclarını ödəyəcəyik".

Son xəbərlər

Orphus sistemi