SOCAR Ukrayna Müdafiə Nazirliyinə ən çox yanacaq satan ikinci şirkət olub

SOCAR Ukrayna Müdafiə Nazirliyinə ən çox yanacaq satan ikinci şirkət olub Azərbaycan şirkəti Ukraynanın Müdafiə Nazirliyinə 33 min ton dizel yanacağı və 6,1 min ton aviasiya yanacağı satıb
Energetika
12 Fevral , 2021 10:35
SOCAR Ukrayna Müdafiə Nazirliyinə ən çox yanacaq satan ikinci şirkət olub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə “SOCAR Ukraine” şirkəti 2020-ci il ərzində bu ölkənin Müdafiə Nazirliyi üçün satdığı yanacağın həcmini açıqlayıb.

“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, ötən il Azərbaycan şirkəti Ukraynanın Müdafiə Nazirliyinə 33 min ton dizel yanacağı və 6,1 min ton aviasiya yanacağının satışı ilə bağlı müqavilə imzalayıb.

Bununla da “SOCAR Ukraine” ölkənin bu qurumuna müqavilə əsasında ikinci ən çox yanacaq satan şirkət olub. Daha bir il öncə isə şirkət dördüncü olub.

2020-ci il ərzində ölkənin silahlı qüvvələrinə ən iri yanacaq tədarükçüsü isə “ Alliance Energo Trade” şirkəti olub. Bu şirkət ötən il Nazirliyə ümumilkdə 56,01 min ton yanacağın satılması ilə bağlı müqavilələr imzalayıb. Bu həcmlərin 37,48 min tonu dizel yanacağı, 11,83 min tonu aviasiya kerosini və 6,7 min tonu “A-80” benzini təşkil edib.

İlk üçlüyü isə “LUX Kraina” şirkəti qapayır. Ukrayna Müdafiə Nazirliyinin tərəfdaşları arasında ən yenisi olan bu şirkət 2020-ci ildə 36,96 min ton yanacaq tədarük edib. Bunun da 21,32 min tonu aviasiya yanacağı, 15,6 min tonu isə dizel yanacağının payına düşüb.

Ümumilkdə ölkənin müdafiə qurumu 2020-ci il ərzində 126,8 min ton dizel yanacağının alınması ilə bağlı müqavilələr imzalayıb. Bu, 2019-cu ilin göstəriciləri ilə müqayisədə 70 % çoxdur.

Həmçinin, ötən il Nazirlik 62,29 min ton (+55 %) aviasiya yanacağı, 6,7 min ton aşağı oktanlı “A-80” benzini, 2,65 min ton “A-92” benzini və 636 ton “A-95” benzinin alınması ilə bağlı müqavilələr imzalayıb.

Qeyd edək ki, 2020-ci ildə Ukrayna Müdafiə Nazirliyi ümumilikdə 199 min ton yanacağın alınması üçün 58 müqavilə imzalayıb. Bu, 2019-cu ilin göstəriciləri ilə müqayisədə 41 % çoxdur. 2020-ci ildə Müdafiə Nazirliyinin yanacaq tədarükçülərinin sayı 8-dən 10-a artıb.

Son xəbərlər

Orphus sistemi