SOCAR və “LUKoil” Azərbaycanda əməkdaşlığı genişləndirəcək

SOCAR və “LUKoil” Azərbaycanda əməkdaşlığı genişləndirəcək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və “LUKoil” prezidenti Vahid Ələkbərov arasında görüş keçirilib.
Energetika
25 Noyabr , 2020 12:57
SOCAR və “LUKoil” Azərbaycanda əməkdaşlığı genişləndirəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və “LUKoil” prezidenti Vahid Ələkbərov arasında görüş keçirilib.

SOCAR-dan “Report”a verilən məlumata görə, görüşdə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov və Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev iştirak ediblər.

Görüşdə “LUKoil” şirkəti ilə SOCAR arasında uzunmüddətli əməkdaşlıq əlaqələrindən söhbət açılıb, Azərbaycanda həyata keçirilən layihələrdə “LUKoil”un iştirakı yüksək qiymətləndirilib, “Naxçıvan”, “Qoşadaş” strukturlarında əməkdaşlığın davam etdirilməsi haqqında müzakirələr aparılıb.

V.Ələkbərov “LUKoil” şirkətinin mövcud əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib, Azərbaycanda neft-qaz kəşfiyyatı və hasilatı sahəsində keçirilən digər layihələrdə də şirkətin mümkün iştirakı ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, “LUKoil” şirkəti Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir. Şirkət “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrinin hər birində 10 faiz paya malikdir. Həmçinin cari ilin yanvarında iki şirkət arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Naxçıvan” perspektiv strukturu, habelə dənizin dayazsulu hissəsində “Xəzəryanı-Quba” və “Qoşadaş” perspektiv strukturlarını əhatə edən kəşfiyyat blokuna dair Anlaşma Memorandumu imzalanıb. Bundan başqa, LUKoil Azərbaycanda pərakəndə yanacaq bazarında iştirak edir.

Son xəbərlər

Orphus sistemi