“2010-2020-ci illərdə Gürcüstanın elektrik enerjisinin idxal həcmi 8 dəfə artıb”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini David Tvalabeişvili deyib.
Onun sözlərinə görə, bu, ilk növbədə iqtisadi inkişafa paralel olaraq elektrik enerjisi istehlakının artması ilə əlaqədardır. “Proses bu cür davam edəcəksə, 2030-cu ilə qədər elektrik enerjisi istehlakımızın 50 faizi xarici mənbələrdən, idxaldan asılı olacaq. Buna görə də yerli su, külək və günəş mənbələrindən düzgün istifadə etmək olduqca zəruridir”.
Nazir müavini qeyd edib ki, enerji təhlükəsizliyinin artırılması Gürcüstanın əsas hədəflərindən biridir.
Gürcüstanın əsas elektrik enerjisi tədarükçüləri Azərbaycan və Rusiyadır.