STAR NEZ-in anbarlarının genişləndirilməsi 2022-ci ildə yekunlaşacaq

STAR NEZ-in anbarlarının genişləndirilməsi 2022-ci ildə yekunlaşacaq Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa etdiyi STAR neft emalı zavodunun saxlama anbarlarının genişləndirilməsi layihəsi tam olaraq 2022-ci ilin I rübündə yekunlaşacaq.
Energetika
25 Dekabr , 2020 18:17
STAR NEZ-in anbarlarının genişləndirilməsi 2022-ci ildə yekunlaşacaq
Anar Məmmədov

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa etdiyi STAR neft emalı zavodunun saxlama anbarlarının genişləndirilməsi layihəsi tam olaraq 2022-ci ilin I rübündə yekunlaşacaq.

“Report”un məlumatına görə, bunu SOCAR-ın Türkiyədəki yatırımı olan “Petkim”in baş direktoru, “SOCAR-Türkiyə Emal və Neft Kimya İş Birliyi”nin rəhbəri Anar Məmmədov bu gün keçirilən onlayn görüşdə bildirib.

Onun sözlərinə görə, iki mərhələdən ibarət olan layihənin birinci hissəsi, nafta, aviasiya yanacağı, dizel yanacağı kimi neft məhsullarının saxlanılmasını nəzərdə tutan anbarların inşası artıq yekunlaşıb: “Xam neft və mazutun saxlanılmasını nəzərdə tutan hissə isə 2022-ci ilin I rübündə yekunlaşacaq”

Bu iki layihə 2 ədəd 134,5 min kubmetrlik xam neft çəni və 2 ədəd 36,5 min kubmetrlik neft ara məhsul çəni olmaqla, cəmi 342 min kubmetr əlavə ehtiyat imkanı təmin edəcək.

Son xəbərlər

Orphus sistemi