TAP AG: Sentyabrda planlaşdırılan infrastruktur işləri TAP ilə qazın tədarük həcminə təsir göstərməyəcək

TAP AG: Sentyabrda planlaşdırılan infrastruktur işləri TAP ilə qazın tədarük həcminə təsir göstərməyəcək Trans-Adriatik qaz kəmərinin (TAP) genişləndirilməsi çərçivəsində sentyabrın 19-na planlaşdırılan infrastruktur işləri bu boru kəməri ilə qazın tədarük həcminin azalmasına səbəb olmayacaq.
Energetika
12 Sentyabr , 2024 11:25
TAP AG: Sentyabrda planlaşdırılan infrastruktur işləri TAP ilə qazın tədarük həcminə təsir göstərməyəcək

Trans-Adriatik Qaz Kəmərinin (TAP) genişləndirilməsi çərçivəsində sentyabrın 19-na planlaşdırılan infrastruktur işləri bu boru kəməri ilə qazın tədarük həcminin azalmasına səbəb olmayacaq.

Bu barədə "Report"a TAP-ın operatoru olan TAP AG boru kəməri şirkətindən məlumat verilib.

“Məlum olduğu kimi, sentyabrın 19-dan 30-na qədər TAP-ın Trans-Anadolu Qaz Kəməri ilə birləşdiyi Yunanıstan-Türkiyə sərhədindəki Kipoi birləşmə nöqtəsində (IP) infrastruktur işləri planlaşdırılıb. Sözügedən işlərin TAP vasitəsilə nəql edilən qazın həcminə təsir göstərməyəcəyi gözlənilir”, - şirkətdən bildirilib.

“TAP AG”də xatırladıblar ki, 2021-ci ildə aparılmış bazar sınaqlarının nəticələrinə əsasən, 2026-cı il yanvarın 1-nə qədər boru kəmərinin ötürmə qabiliyyətini illik daha 1,2 milyard kubmetr artırmağa imkan verəcək öhdəliklər götürülüb.

“Kipoi birləşmə nöqtəsində planlaşdırdığımız işlər 2026-cı ilin əvvəlində TAP-ın əlavə gücünün təmin edilməsi üçün zəruru olan tikinti işlərinin bir hissəsidir. Biz bu birləşmə nöqtəsində mövcud kompressor stansiyasında əlavə olaraq təxminən 15 MVt gücündə 1 kompressor aqreqatı quraşdıracaq və buradakı avadanlığı modernləşdirəcəyik", - şirkət qeyd edib.

Daha əvvəl “TAP AG”nin icraçı direktoru Luka Skiepatti (Luca Schieppati) “Report”a müsahibəsində bildirmişdi ki, bu, qaz kəmərinin genişləndirilməsi layihəsinin birinci mərhələsidir və TAP-ın öz vəsaiti hesabına maliyyələşdirilir. Layihənin büdcəsi təxminən 132 milyon avrodur.

TAP vasitəsilə Azərbaycan qazının tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Son xəbərlər

Orphus sistemi