TAP Azərbaycan vasitəsilə təbii qazın ötürülməsini artıracaq

TAP Azərbaycan vasitəsilə təbii qazın ötürülməsini artıracaq Trans-Adriatik Boru Kəmərinin (TAP) qaz kəmərinin ötürmə qabiliyyətinin iki dəfə artırılması ilə bağlı yekun qərar gələn ilin əvvəlində qəbul olunacaq. Əlavə təbii qaz Azərbaycanın bir neçə yatağından gələcək.
Energetika
7 Sentyabr , 2022 08:56
TAP Azərbaycan vasitəsilə təbii qazın ötürülməsini artıracaq

Trans-Adriatik Boru Kəmərinin (TAP) qaz kəmərinin ötürmə qabiliyyətinin iki dəfə artırılması ilə bağlı yekun qərar gələn ilin əvvəlində qəbul olunacaq. Əlavə təbii qaz Azərbaycanın bir neçə yatağından gələcək.

“Report”un xəbərinə görə, bu barədə TAP-ın İcraçı direktoru Luka Şkieppati bildirib.

“Tələb kifayət qədər olsa, genişləndirməyə başlayacağıq, bu addım-addım baş verə bilər. Proses təzyiq tələbindən maksimum bir neçə ay davam edə bilər", - o deyib.

Luka Şkieppati əlavə edib ki, boru kəmərinin genişləndirilməsi mərhələlərlə həyata keçirilə bilər:

“36 aydan sonra ilk əlavə gücü təhvil verə, 60 aydan sonra ikiqat artıra bilərik”.

Eyni zamanda TAP hidrogenin nəqli üçün infrastrukturun hazır vəziyyətə gətirilməsi üçün də çalışır.

Luka Şieppati bildirib ki, növbəti addım materialın və boru kəmərinin hidrogen daşınmasına uyğunluğuna əmin olmaq üçün qaynaq işlərini sınaqdan keçirmək olacaq.

Hidrogenin sıxlığı qaz sıxlığından aşağıdır, ona görə də eyni enerjini nəql etmək üçün TAP böyük miqdarda hidrogen daşımalıdır.

Avropa Komissiyası iyul ayında Azərbaycanla təbii qazın idxalını 2027-ci ilə qədər ildə ən azı 20 milyard kubmetrə çatdırmaq üçün anlaşma memorandumu imzalayıb.

Son xəbərlər

Orphus sistemi