Tokio birjasında neftin qiyməti 3 illik maksimumu yeniləyib

Tokio birjasında neftin qiyməti 3 illik maksimumu yeniləyib Tokio Birjasında neftin qiyməti bu gün ABŞ-ın ticarət sahələrində oxşar tendensiyalar və xammala olan tələbatın artması fonunda son üç ilin ən yüksək həddinə yüksəlib.
Energetika
18 Oktyabr , 2021 08:26
Tokio birjasında neftin qiyməti 3 illik maksimumu yeniləyib

Bu gün Yaponiyanın Tokio Əmtəə Birjasında neftin qiyməti ABŞ-ın ticarət sahələrində oxşar tendensiyalar və xammala olan tələbatın artması fonunda son üç ilin ən yüksək həddinə yüksəlib.

“Report” xəbər verir ki, gələn ilin mart ayında çatdırılması ilə bir kilolitr (təxminən 6 289 barel) Dubay xam nefti 56 820 min yenə (təxminən 497 ABŞ dolları) satılır. Bu, 2018-ci ilin oktyabr ayından indiyədək ən yüksək qiymətdir.

Belə ki, neftin qiyməti son bir həftə ərzində təxminən 13 ABŞ dollar artıb.

Neftin qiymətinin artması fonunda Yaponiyanın Baş naziri Fumio Kişida, bazar vəziyyətinə cavab tədbirlərini müzakirə etmək üçün nazirlərin toplantısını çağırıb. O qeyd edib ki, hökumət neft qiymətlərinin sənaye istehsalına və Yaponiya vətəndaşlarının həyatına təsirinə çox diqqət yetirir.

Son xəbərlər

Orphus sistemi