Fransanın “Total” şirkəti Amerika Neft İnstitutu (APİ) üzvlüyündən rəsmən çıxdığını bildirib.
“Report” xəbər verir ki, şirkət bununla bağlı verdiyi açıqlamada iqlim dəyişikliyi probleminə dair mövqelərində APİ ilə “yalnız qismən üst-üstə düşdüyü” bildirilir. O cümlədən metan tullantılarının tənzimləməsi, elektrik nəqliyyat vasitələrinə maliyyə ayrılması, karbon tullantılarına görə ödəmələrin meyarı kimi məsələlərdə APİ-nin mövqeylə razılaşmadıqlarını qeyd edən şirkət APİ-nin ABŞ-dakı son seçkilərdə Paris İqlim Sazişinin əleyhdarlarını dəstəklədiyi də qeyd olunur.
APİ üzvlüyünü tərk edən ilk iri şirkət olan“Total” daha əvvəl “BP” və “Royal Dutch Shell” ilə yanaşı, “American Fuel and Petrochemical Manufacturers” birliyini də eynilə iqlimlə bağlı məsələlər üzündən tərk etmişdi.
2020-ci ilin sentyabr ayında “Total” Fransadakı “Grandpuits” neftayırma müəssisəsini bioloji yanacaq və bioplastik istehsalı üçün yenidən qurulmasına 500 milyon avro vəsait ayıracaqlarını açıqlamışdı.