Fransanın “TotalEnergies SE” (keçmiş “Total”) neft-qaz şirkətinin rüblük xalis mənfəəti 2020-ci ilin dördüncü rübündəki 891 milyon ABŞ dollara qarşı 2021-ci ilin müvafiq dövründə nisbətən 5,84 milyard ABŞ dolları təşkil edib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu artım enerji daşıyıcılarının bahalaşması ilə üst-üstə düşür.
O cümlədən şirkətin gəliri eyni müddət ərzində 32 milyard 345 milyon ABŞ dollardan 55 milyard 298 milyon ABŞ dollaradək, karbohidrogen hasilatının gündəlik həcmi isə 2,84 milyon bareldən 2,85 milyon barel neft ekvivalentinədək artıb.
Şirkətin rüblük dividend ödəşləri hər səhm üçün 0,66 avro, illik dividendlər isə 2,64 avro təşkil edir. Son 12 ay ərzində şirkətin kapitallaşması 1,5 dəfə artıb, səhmləri isə bugünkü hərraclarda 0,6 % ucuzlaşıb.