Fransanın “TotalEnergies” şirkəti və Nigeriya Milli Neft Korporasiyası (NNPC) Nigeriya sahillərində yerləşən “Ikike” yatağında birgə neft hasilatına başlayıb.
“Report” xəbər verir ki, bu barədə “TotalEnergies” şirkətinin məlumatında deyilir.
Sahildən 20 km məsafədə, suyun 20 m-lik dərinliyində yerləşən “Ikike” yatağında “TotalEnergies” şirkəti 40%, NNPC 60%-lik paya sahibdir.
Bu ilin sonlarında yataqda hasilatın ən yüksək səviyyəyə - gündəlik 50 min barelə çatdırılması planlaşdırılır.