TPAO-nun 21 neft yatağında kəşfiyyat işləri üçün lisenziyaları uzadılıb

TPAO-nun 21 neft yatağında kəşfiyyat işləri üçün lisenziyaları uzadılıb Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi TPAO (Türkiye Petrolleri Anonim Ortaklığı) şirkətinin Qara dənizdəki eksklüziv iqtisadi zonada 21 neft yatağında kəşfiyyat işləri üçün verdiyi lisenziyaların müddətinin uzadılması barədə qərar qəbul edib.
Energetika
20 Fevral , 2023 12:36
TPAO-nun 21 neft yatağında kəşfiyyat işləri üçün lisenziyaları uzadılıb

Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi TPAO (Türkiye Petrolleri Anonim Ortaklığı) şirkətinin Qara dənizdəki eksklüziv iqtisadi zonada 21 neft yatağında kəşfiyyat işləri üçün verdiyi lisenziyaların müddətinin uzadılması barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, lisenziyaların müddəti 2022-ci il oktyabrın 23-dən 2025-ci il oktyabrın 23-nə qədər uzadılıb.

Bu yataqların sahəsi 19,2 min ilə 914,3 min hektar arasında dəyişir.

Son xəbərlər

Orphus sistemi