Bu ilin iyun ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 14,742 milyon barel neft nəql edilib.
Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin iyun ayı ilə müqayisədə 1,591 milyon barel və yaxud 9,7 % azdır.
Bu ilin yanvar-iyun ayları ərzində BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 98,927 milyon barel neft nəql edilib. Bu, 2020-ci ilin ilk yarım illik göstəriciləri ilə müqayisədə 12,149 milyon barel və yaxud 10,9 % azdır.
Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.