Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 12 % azalıb

Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 12 % azalıb Bu ilin aprel ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 16,607 mln barel neft nəql edilib
Energetika
24 May , 2021 09:24
Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 12 % azalıb

Bu ilin aprel ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 16,607 milyon barel neft nəql edilib.

Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin aprel ayı ilə müqayisədə 3,526 milyon barel və yaxud 17,5 % azdır.

Bu ilin yanvar-aprel ayları ərzində BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 68,605 milyon barel neft nəql edilib. Bu, 2020-ci ilin ilk 4 ayının göstəriciləri ilə müqayisədə 9,184 milyon barel və yaxud 11,8 % azdır.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Son xəbərlər

Orphus sistemi